Modern.az

ANAMA-nın avtobusu Laçında qəzaya düşdü - Yaralılar var

ANAMA-nın avtobusu Laçında qəzaya düşdü - Yaralılar var

Hadisə

16 Sentyabr 2023, 15:15

Laçın rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

 

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətinidən Modern.az-a bildirilib ki, 2023-cü il 16 sentyabr tarixində Laçın rayonu ərazisində Agentliyə məxsus avtobus qəzaya uğrayıb.

 

Avtobusda olan Agentliyin 3 nəfər əməkdaşı yüngül xəsarətlər alıb. Xəsarət alan şəxslər yaxınlıqdakı xəstəxanaya təxliyyə ediliblər.

 

Xəsarət alan şəxslərin vəziyyəti stabildir. Həyatları üçün təhlükə yoxdur

Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza