Modern.az

Laçındakı qəzada 6 nəfər yaralanıb

Laçındakı qəzada 6 nəfər yaralanıb

Hadisə

16 Sentyabr 2023, 18:53

Xəbər verdiyimiz kimi, bu gün Laçın rayonunun Ağcakənd kəndi ərazisində “Kamaz” markalı sərnişin avtobusu hərəkətdə olan zaman sürücünün idarəetməni itirməsi səbəbindən dərəyə yuvarlanıb.

 

Modern.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı bildirib.

 

İlkin məlumata görə, nəqliyyat vasitəsində olan 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alan şəxslər xəstəxanaya çatdırılıb.

 

Faktla bağlı Laçın RPŞ-də araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər