Modern.az

ABŞ-da təyyarələr toqquşdu - İki pilot öldü

ABŞ-da təyyarələr toqquşdu - İki pilot öldü

Hadisə

18 Sentyabr 2023, 08:48

ABŞ-nin Nevada ştatının Reno şəhərində iki yüngülmühərrikli təyyarənin eniş zamanı toqquşması nəticəsində iki pilot həlak olub.

 

Modern.az-ın xəbərinə görə, bu barədə Reno Hava Yarışları Assosiasiyası Feysbukda məlumat yayıb.

 

“Reno Hava Yarışları Assosiasiyası ürək ağrısı ilə bildirir ki, bu gün təxminən saat 14:15-də (18 sentyabr, Bakı vaxtı ilə 01:15) bizim yarışçı ailəmizin iki üzvü qəza nəticəsində həlak olub”, - deyə məlumatda bildirilir.

 

Hadisə hava yarışı zamanı baş verib. Assosiasiya qalan bütün yarışları ləğv edib.

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər