Masallıda 25 yaşlı oğlanı qətlə yetirən şəxs saxlanılıb.
Modern.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin cinayət əməlini törətməkdə şübhəli bilinən Masallı rayon sakini, 2000-ci il təvəllüdlü Höccət Soltanov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
***
19:01
Masallı rayonunun Musaküçə kənd sakini, 1998-ci il təvəllüdlü Elməddin Kərimovun kəsilmiş-deşilmiş xəsarətlərlərdən ölməsi ilə bağlı polisə məlumat daxil olub.
Bu barədə Modern.az-a DİN-in Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.
Polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri görülür.