Modern.az

Təcili yardım maşını qəzaya düşdü - 5 yaralı var 

Təcili yardım maşını qəzaya düşdü - 5 yaralı var 

18 Sentyabr 2023, 22:16

Daxili İşlər Nazirliyi (DİN) Sabirabadda baş verən ağır yol qəzası ilə məlumat yayıb.

 

Nazirliyin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Modern.az-a bildirilib ki, bu gün axşam saatlarında Sabirabad rayonu ərazisində hərəkətdə olan İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Stansiyasının balansında olan "Mercedes" markalı nəqliyyat vasitəsi ilə "VAZ-21015" markalı nəqliyyat vasitəsi toqquşub.

 

Hadisə nəticəsində "Mercedes" markalı nəqliyyat vasitəsində biri TTYS-nin əməkdaşı olmaqla 3 nəfər, "VAZ-21015" markalı nəqliyyat vasitəsində isə 2 nəfər müxtəlif dərəcəli xəsarətlər alıblar.

 

Yaralılar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar.

 

Faktla bağlı Sabirabad RPŞ-nin İstintaq Bölməsində araşdırmalar aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi