Modern.az

Xankəndinin atəşə tutulması xəbəri YALAN ÇIXDI

Xankəndinin atəşə tutulması xəbəri YALAN ÇIXDI

20 Sentyabr 2023, 11:28

Ermənistanın bəzi sosial media hesablarında guya Silahlı Qüvvələrimiz tərəfindən yenidən Xankəndi şəhərinə atəş açılması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir və dezinformasiya məqsədi daşıyır.

 

Bu barədə Modern.az Azərbaycan Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

 

"Yayılan bu məlumatı qəti surətdə təkzib edirik.

 

Bir daha bildiririk ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bölmələri yalnız legitim hərbi obyektləri və hərbi infrastrukturu yüksək dəqiqliyə malik silahlarla hədəfə alır və sıradan çıxarır", - məlumatda vurğulanır.

Twitter
Sizə yeni tvit var
Keçid et
Dünya bundan danışır: Putinin videosu yayıldı