Modern.az

Bakıda iki yolda qəza oldu - Sıxlıq yarandı

Bakıda iki yolda qəza oldu - Sıxlıq yarandı

21 Sentyabr 2023, 11:18

Bakıda baş verən yol qəzaları sıxlıq yaradıb.

 

Modern.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzi məlumat yayıb.


Bildirilib ki, Tbilisi prospektində yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə metronun “ 20 Yanvar” stansiyası istiqamətində sıxlıq yaranıb. Digər bir yol-nəqliyyat hadisəsi Rəşid Behbudov küçəsi Mərkəzi Bankın qarşısında qeyd alınıb. Hazırda bu yolda da sıxlıq var. Sürücülərin rahat hərəkətini təmin etmək məqsədilə işlər görülür.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dünya bundan danışır: Putinin videosu yayıldı