Modern.az

Bakıda 7 nəfər liftdə qaldı - Köməyə FHN gəldi

Bakıda 7 nəfər liftdə qaldı - Köməyə FHN gəldi

22 Sentyabr 2023, 11:27

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərində üç halda liftdə köməksiz vəziyyətdə qalma hadisəsi barədə məlumat daxil olub.

 

Modern.az FHN-nin saytına istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

 

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 1-i uşaq olmaqla 7 nəfərə müvafiq köməklik göstərilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dünya bundan danışır: Putinin videosu yayıldı