Modern.az

Şuşada mina partlayışı: Traktorçu xəsarət aldı - YENİLƏNİB

Şuşada mina partlayışı: Traktorçu xəsarət aldı - YENİLƏNİB

22 Sentyabr 2023, 16:22

Sentyabrın 22-də saat 12 radələrində Şuşada bərpa-quruculuq işləri həyata keçirən şirkətlərdən birinin əməkdaşı, 1965-ci il təvəllüdlü mülki şəxsin rayonunun Xəlfəli kəndi ərazisində buldozerlə iş görən zaman yolda basdırılmış minanın partlaması nəticəsində  xəsarət alması faktı üzrə Şuşa rayon prokurorluğunda araşdırma aparılır.

 

Bu barədə Modern.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

 

***

14:06

 

Şuşada Azərbaycan Ordusunun nəzarəti altına keçmiş ərazidə traktor minaya düşüb, xəsarət alan var.

 

Modern.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) birgə məlumat yayıb.

 

Bildirilib ki, Şuşa rayonunun Xəlfəli kənd ərazisində minalardan təmizlənməmiş ərazidə mina partlayışı baş verib. Belə ki, Azərbaycan Ordusunun nəzarəti altına keçmiş ərazidə yolun salınması fəaliyyəti ilə məşğul olan 1965-ci il təvəllüdlü mülki şəxs idarə etdiyi traktorla minaya düşüb. Hadisə nəticəsində traktorçu yüngül xəsarət alıb. Həyatı təhlükəsi yoxdur.

 

Mülki təyinatlı sahələrin minalanması bir daha Ermənistanın dinc əhaliyə qarşı məkrli niyyətinin göstəricisi, insanlığa qarşı törədilmiş terrorun təzahürüdür.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dünya bundan danışır: Putinin videosu yayıldı