Modern.az

Maşın vuran piyada xəstəxanada öldü 

Maşın vuran piyada xəstəxanada öldü 

22 Sentyabr 2023, 20:09

Zaqatalada avtomobil vuran piyada xəstəxanada ölüb.

 

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Modern.az-a verilən məlumata görə, sentyabrın 22-si saat 13 radələrində Zaqatala rayonunun Yuxarı Tala kəndi ərazisində Ucal Şabanov idarə etdiyi “VAZ-2109” markalı avtomobil ilə yolu keçən piyada, 1952-ci il təvəllüdlü Əhmədov Məmmədvəli Əhməd oğlunu vurub.

 

Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada xəstəxanada ölüb.

 

Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Dünya bundan danışır: Putinin videosu yayıldı