Modern.az

Abşeronda bir neçə obyekt yandı

Abşeronda bir neçə obyekt yandı

23 Sentyabr 2023, 09:20

Abşeronda bir neçə obyektdə yanğın olub.

 

Modern.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, Abşeron rayonunun Fatmayı kəndində ümumi sahəsi 100 m² olan bir dam altında tikilən birmərtəbəli müxtəlif təyinatlı obyektlərdən sahəsi 20 m² olan təndirxananın yanar konstruksiyaları və dam örtüyü 40 m² sahədə, bitişik ümumi sahəsi 30 m² olan külafirənginin taxta atmaları yanıb.

 

Bitişik obyektlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dünya bundan danışır: Putinin videosu yayıldı