Modern.az

İntihara cəhd edən şəxs belə xilas olundu - VİDEO

İntihara cəhd edən şəxs belə xilas olundu - VİDEO

23 Sentyabr 2023, 11:14

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə, 1 nəfərin Abşeron rayonu, Xırdalan şəhərində avtomobil yolunda yerləşən yerüstü piyada keçidinin üzərinə çıxaraq intihara cəhd etməsi barədə məlumat daxil olub.

 

Məlumatla əlaqədar dərhal Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

 

Xilasedicilər vətəndaşla yaxın məsafədən psixoloji söhbət aparmaqla yanaşı xilasetmə yastığı açaraq, zəruri təhlükəsizlik tədbirləri görüblər.

 

FHN-in xilasediciləri tərəfindən aparılan psixoloji söhbət nəticəsində vətəndaş intihar etmək fikrindən daşındırlıb.

 

Modern.az intihara cəhdlə bağlı videonu təqdim edir:

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Dünya bundan danışır: Putinin videosu yayıldı