Modern.az

Masallıda 65 yaşlı kişini maşın vurub öldürdü

Masallıda 65 yaşlı kişini maşın vurub öldürdü

23 Sentyabr 2023, 15:54

Masallıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, hadisə rayonun Yeddioymaq kəndi ərazisində qeydə alınıb. Sakit Rəhimov idarə etdiyi "Hyundai" markalı avtomobillə hərəkətdə olarkən, piyada 65 yaşlı Xanağa Abdullayevi vurub.

 

Yaralı dərhal Masallı rayon mərkəzi xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, piyada aldığı xəsarətdən xəstəxanada ölüb.

 

Faktla bağlı araşdırma aparılır.

Twitter
Sizə yeni tvit var
Keçid et
Dünya bundan danışır: Putinin videosu yayıldı