Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində yerləşən müəssisələrdən birində bədbəxt hadisə baş verib.
Modern.az xəbər verir ki, 1983-cü il təvəllüdlü Fəqan Şirinov və 2002-ci il təvəllüdlü Nahid Həsənovun üzərinə qaynar su tökülüb.
Hadisə nəticəsində Nahid Həsənov dünyasını dəyişib.
Baş Prokurorluq bildirib ki, sentyabrın 16-da Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində yerləşən müəssisələrdən birində 1983-cü il təvəllüdlü Fəqan Şirinov və 2002-ci il təvəllüdlü Nahid Həsənovun üzərinə isti su tökülməsi və sonuncunun almış olduğu xəsarətlərdən sentyabrın 24-də müalicə aldığı xəstəxanada ölməsi faktı ilə bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.