Modern.az

Yanğınsöndürənlərimiz Xankəndiyə GETDİ

Yanğınsöndürənlərimiz Xankəndiyə GETDİ

26 Sentyabr 2023, 17:14

Xəbər verildiyi kimi, sentyabrın 25-də Azərbaycanın Xankəndi şəhərinin yaxınlığında yanacaqdoldurma məntəqəsində yanğınla müşayiət olunan partlayış hadisəsi baş verib. Hazırda ərazidə yanğın davam edir.

 

Modern.az xəbər verir ki, bununla əlaqədar olaraq, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin 15 ədəd xüsusi təyinatlı yanğınsöndürmə avtomobili heyəti ilə birgə hələ də davam edən yanğının söndürülməsi üçün Ağdam-Əsgəran-Xankəndi yolu ilə Xankəndi şəhərinə yola düşüb.

 

Ehtiyac yaranacağı təqdirdə əlavə qüvvələr də cəlb olunacaq.

 

Qeyd edək ki, ötən gün Xankəndi yaxınlığındakı yanacaqdoldurma məntəqəsində baş verən partlayışdan sonra qeydə alınan yanğın, bu tip hadisələr zamanı alovun ətraf ərazilərə yayılmaması üçün mühafizə edilməsi zərurəti yaradıb. Ona görə də Xankəndi və ətraf yaşayış məntəqələrində baş verə biləcək yanğınların qarşısının alınması üçün bu cür addım atılıb.

 

Ümumilikdə bu işlər 2023-cü il sentyabrın 21-də Yevlax şəhərində keçirilmiş görüşdə Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələrinin xahişinə uyğun olaraq həyata keçirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu