FHN Xankəndidəki yanğını söndürdü

FHN Xankəndidəki yanğını söndürdü

26 Sentyabr 2023, 20:34

Xəbər verildiyi kimi, sentyabrın 25-də Azərbaycanın Xankəndi şəhərinin yaxınlığında yanacaqdoldurma məntəqəsində yanğınla müşayiət olunan partlayış hadisəsi baş verib.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, bununla əlaqədar olaraq, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin 15 ədəd xüsusi təyinatlı yanğınsöndürmə avtomobili heyəti ilə birgə yanğının söndürülməsi üçün bu gün Ağdam-Əsgəran-Xankəndi yolu ilə Xankəndi şəhərinə göndərilib.

 

Azərbaycan yanğınsöndürənləri yanğının qarşısının alınması üçün lazımı tədbirlər görüb.

 

Görülən tədbirlər nəticəsində yanğın artıq söndürülüb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Hücum hazırlığı başladı: Rus hərbçilər Ermənistanda səngər qazır