Modern.az

23 yaşlı gənci maşın vurub, xəstəxanalıq etdi

23 yaşlı gənci maşın vurub, xəstəxanalıq etdi

28 Sentyabr 2023, 08:25

Bakının Nizami rayonunda 23 yaşlı gənc yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

 

Modern.az xəbər verir ki, 2000-ci il təvəllüdlü Mikayılov Nicat Tahir oğlu yolu keçərkən avtomobil onu vurub.

 

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin silkələnməsi diaqnozu qoyulub.

 

Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu