Modern.az

Təmir sexində maşın yandı

Təmir sexində maşın yandı

29 Sentyabr 2023, 09:13

Sumqayıtda maşın yanıb.

 

Modern.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, Sumqayıt şəhərində avtomobil təmiri sexinin ərazisində təmirə dayanan "Hyundai" markalı minik avtomobilinin salon hissəsi, bitişik ümumi sahəsi 70 m² olan kafenin dam örtüyünün taxta atmaları 4 m² sahədə və kafenin xarici divarından keçən elektrik kabeli 6 p.m yanıb.

 

Avtomobilin, kafenin qalan hissəsi və avtomobil təmiri sexi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama