Modern.az

Vətən Müharibəsi Qəhrəmanının anası İlham Əliyevə məktub YAZDI

Vətən Müharibəsi Qəhrəmanının anası İlham Əliyevə məktub YAZDI

Hadisə

29 Sentyabr 2023, 13:16

Vətən Müharibəsi Qəhrəmanı Ramazan Hudulovun Balakən rayonunda yaşayan anası Mehriban Ramazan qızı Hudulova Azərbaycan Prezienti İlham Əliyevə məktub yazıb.

Modern.az-ın məlumatına görə, Mehriban Hudulova dövlət başçısına təşəkkür edib.
 

“Hörmətli Prezidentimiz, cənab Ali Baş Komandan.

Mən, Vətən Müharibəsi Qəhrəmanı, quru qoşunları kapitanı Ramazan Hudulovun anasıyam.

Vətənimizin ərazi bütövlüyünü təmin etdiyinizə, işğal altında olan torpaqlarımızı geri qaytardığınıza, Azərbaycanda yaşayan bütün xalqları “dəmir yumruq” ətrafında birləşdirərək bu gözəl Qələbəni bizə yaşatdığınıza görə Sizə – Müzəffər Ali Baş Komandana dərin minnətdarlığımı bildirirəm.

Bizə göstərilən diqqət və qayğınız üçün Sizə ayrıca olaraq təşəkkür edirəm.

Sizi çox sevirik, cənab Prezident!”, - məktubda deyilir.

Milliyətcə avar olan Ramazan İzzət oğlu Hudulov 1994-cü ildə Balakən rayonunun Qaysa kəndində dünyaya gəlib. Meşəşambul kənd orta məktəbini bitirdikdən sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. 2016-cı ildə məktəbi bitirərək Beyləqan rayonunda yerləşən “N” saylı hərbi hissədə zabit kimi xidmətə başlayıb.
Xocavənd istiqamətində bölük komandiri, Füzuli cinahında tabor komandirinin müavini, Şuşa istiqamətində tabor komandiri vəzifəsində döyüşlərdə iştirak edib.
“Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

R.Hudulov Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə R.Hudulova Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülüb.
Ramazan Hudulov hazırda həyatda olan 49 nəfər Vətən Müharibəsi Qəhrəmanından biridir.

Xatırladaq ki, II Qarabağ döyüşlərində hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümayiş etdirmiş 83 nəfərə “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib. 83 nəfərə “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib.
Bu şərəfli ada Vətən müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələrində xidmət etmiş 2 general-leytenant, 3 general-mayor, 10 polkovnik, 13 polkovnik-leytenant, 1 nəfər 1-ci dərəcəli kapitan, 18 mayor, 13 kapitan, 6 baş leytenant, 6 baş gizir, 2 gizir, 5 kiçik gizir, 1 kiçik miçman və 3 əsgər layiq görülüb.

Vətən Müharibəsi Qəhrəmanı adı verilən hərbçilərimizin 34 nəfəri döyüşlərdə şəhid olub, 49 nəfər isə salamatdır.


A.Qorxmaz

Sizə yeni x var
Keçid et
Pezeşkian Əliyevdən bunu xahiş etdi