Modern.az

Xilasedicilərimiz 48 erməninin cəsədini dağıntılar altından çıxardılar - VİDEO

Xilasedicilərimiz 48 erməninin cəsədini dağıntılar altından çıxardılar - VİDEO

Hadisə

29 Sentyabr 2023, 17:28

Xankəndi şəhəri yaxınlığında yanacaqdoldurma məntəqəsində baş vermiş yanğın və partlayış hadisəsi ilə əlaqədar Azərbaycan Fövqəladə Hallar Nazirliyi tərəfindən axtarış-xilasetmə əməliyyatı sona çatdırılıb.

 

Modern.az həyata keçirilən əməliyyat nəticəsində FHN-in xilasediciləri tərəfindən 48 nəfərin cəsədi dağıntılar altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Həmçinin, qüvvələr tərəfindən hadisə baş vermiş ərazidə zəruri təhlükəsizlik tədbirləri görülüb.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Pezeşkian Əliyevdən bunu xahiş etdi