Modern.az

DSX erməni generalın saxlanıldığını TƏSDİQLƏDİ

DSX erməni generalın saxlanıldığını TƏSDİQLƏDİ

Hadisə

29 Sentyabr 2023, 18:04

Qanunsuz yollarla Azərbaycan Respublikasının ərazisinə gələrək 2015-2018-ci illərdə qondarma “Dağlıq Qarabağ respublikasının müdafiə naziri” vəzifəsində çalışmış 1965-ci il təvəllüdlü Lyova Henrixi Mnatsakanyan ın Azərbaycandan sentyabrın 29-da “Laçın” sərhəd-buraxılış məntəqəsində saxlanılıb.

Modern.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.

Mnatsakanyanın Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşlarının sayıqlığı nəticəsində Azərbaycan Respublikasından Ermənistan istiqamətində hərəkət edərkən saxlanıldığı bildirilib.


Saxlanılan şəxs Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələri əməkdaşlarının müşayiəti ilə Bakı şəhərinə gətirilib və barəsində müvafiq qərar qəbul edilməsi üçün aidiyyəti dövlət orqanlarına təhvil verilib.

L.Mnatsakanyan general-leytenant hərbi rütbəsi daşıyır. O, 2015-ci ildən 2018-ci ilin dekabr ayına kimi Qarabağ separatçılarının "müdafiə naziri" olub.

Lyova Mnatsakanyan 1965-ci il sentyabrın 14-də Azərbaycan SSR-in Əsgəran rayonunda anadan olub. O 1983-1985-ci illərdə Sovet Ordusunda xidmət edib.

1985-ci ildə İrəvan Texniki Universitetinin maşınqayırma fakültəsinə daxil olan Mnatsakanyan 1989-cu ildə həmin təhsil müəssisəsini bitirib. Təhsilini bitirdikdən sonra uzun illər Xankəndidə mühəndis-mexanik kimi çalışıb.

80-ci illərin sonunda Dağlıq Qarabağda separatçı hərəkat baş qaldırdıqdan sonra Lyova Mnatsakanyan bölük komandiri kimi Azərbaycan torpaqlarına təcavüzdə iştirak edib. 

Sonra qondarma “Dağlıq Qarabağ ordu”sunda müxtəlif vəzifələrdə çalışıb.

2003-cü ildə ona general-mayor rütbəsi verilib. Daha sonra Mnatsakanyan 1 il ərzində Rusiya Baş Qərargah Akademiyasında təhsil alıb. 2005-ci ildə Qarabağa qayıdaraq separatçı ordunun “müdafiə nazirinin müavini", 2007-ci ildə isə “baş qərargah rəisi” təyin olunub. 5 il sonra - 2012-ci ildə Ermənistan prezidentinin fərmanı ilə Ermənistan Silahlı Qüvvələrinin baş qərargah rəisinin müavini vəzifəsinə aparılıb.

2015-ci ildə qondarma “Dağlıq Qarabağ respublikası"nın başçısı Bako Saakyan ona general-leytenant rütbəsi verib və separatçıların "müdafiə naziri" təyin edib. Mnatsakanyan 2018-ci ilin dekabr ayına qondarma “Dağlıq Qarabağ respublikasının ordusu"na rəhbərlik edib.

Mnatsakanyanın şəxsi həyatına gəlincə, onun evli və 3 oğul atası olduğu məlumdur. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi