Modern.az

İsmayıllıda 35 yaşlı kişi intihar etdi

İsmayıllıda 35 yaşlı kişi intihar etdi

Hadisə

2 Oktyabr 2023, 09:20

İsmayıllı rayonunda intihar hadisəsi baş verib.

 

Modern.az-ın məlumatına görə, rayonun Gürcivan kənd sakini, 1988-ci il təvəllüdlü Sakit İsmayılov bu gün səhər saat 8:00 radələrində yaşadığı evdə özünü asıb.

 

Ailə üzvləri hadisədən gec xəbər tutduğu üçün onun həyatını xilas etmək mümkün olmayıb. Onun özünə qəsd etməsinin səbəbi hələ ki bilinmir.

 

Faktla bağlı İsmayıllı Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Pezeşkian Əliyevdən bunu xahiş etdi