Modern.az

Cəlilabadda ağır qəza - 4 nəfər xəsarət aldı

Cəlilabadda ağır qəza - 4 nəfər xəsarət aldı

Hadisə

2 Oktyabr 2023, 13:10

Cəlilabadda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az-ın məlumata görə, hadisə köhnə Ələt-Astara magistralında, Cəlilabad rayonunun Alar kəndi ərazisində qeydə alınıb. Alar kənd sakininin idarə etdi "VAZ-2107" markalı nəqliyyat vasitəsi, Cəlilabad rayonunun Günəşli kənd sakininin idarə etdiyi "Hyundai" markalı avtomobillə toqquşub. Nəticədə hər iki nəqliyyat vasitəsində 2 nəfər olmaqla, 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar rayon mərkəzi xəstəxanasına çatdırılıblar. Onlardan ikisinin vəziyyəti ağır qiymətləndirilir.

 

Faktla bağlı araşdırma aparılır.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Pezeşkian Əliyevdən bunu xahiş etdi