Modern.az

Bağlı qapı arxasında qalan azyaşlı xilas olundu

Bağlı qapı arxasında qalan azyaşlı xilas olundu

Hadisə

3 Oktyabr 2023, 08:40

Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər uşağın mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

 

Fövqəladə Hallar Nazirliyindən (FHN) Modern.az-a verilən məlumata görə, məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

 

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində nəzarətsiz qalmış uşağın xilas olunması təmin edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Pezeşkian Əliyevdən bunu xahiş etdi