Modern.az

Tovuzda BMW “KamAZ”a çırpıldı - Yaralananlar var

Tovuzda BMW “KamAZ”a çırpıldı - Yaralananlar var

Hadisə

3 Oktyabr 2023, 14:04

Tovuz rayonunda yol qəzası olub.

 

Modern.az xəbər verir ki, hadisə Tovuzun Yuxarı Öysüzlü kəndində qeydə alınıb. BMW markalı minik avtomobilinin sürücüsü idarəetməni itirərək, yol kənarında dayanan “KamAZ” markalı yük maşınına çırpılıb.

 

Nəticədə BMW-nin sürücüsü, Tovuz rayon Yuxarı Öysüzlü kənd sakini 25 yaslı Orxan Sadiqov müxtəlif bədən xəsarətləri alaraq, rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Vəziyyəti orta ağır qiymətləndirilir.

 

Qəza ilə bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Pezeşkian Əliyevdən bunu xahiş etdi