Şəkidə 7 yaşlı uşağı maşın vurub.
Modern.az-ın məlumatına görə, hadisə rayonun rayonun Aşağı Göynük kəndi ərazisində baş verib. Şəki rayon sakini Tofiq Əzimov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə kənd sakini, 2016-cı il təvəllüdlü Nuray Məmmədlini vurub. Azyaşlı xəsarət alaraq Şəki rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.