Modern.az

“Mercedes\"lə traktor toqquşdu - İki nəfər öldü

“Mercedes\

4 Oktyabr 2023, 12:04

İmişlidə “Mercedes"lə traktor toqquşub, iki nəfər ölüb.

 

Modern.az-ın məlumatına görə, ölümlə nəticələnən yol qəza hadisəsi ötən gün axşam saatlarında İmişli-Biləsuvar avtomobil yolunda, İmişli rayonunun Çaxırlı kəndində qeydə alınıb.

 

Araz Kazımovun idarə etdiyi "Mercedes" markalı minik avtomobili ilə traktor toqquşub. Hadisə nəticəsində minik avtomobilinin sürücüsü ağır xəsarət alıb, sərnişini Çingiz Ağayev isə hadisə yerində ölüb.

 

Xəsarət alan Araz Kazımov İmişli rayon mərkəzi xəstəxanasına yerləşdirilsə də, gecə saatlarında orada ölüb.

 

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu