Modern.az

Bakıda ana və 2 oğlu BIÇAQLANDI

Bakıda ana və 2 oğlu BIÇAQLANDI

Hadisə

5 Oktyabr 2023, 23:57

Bakının Xəzər rayonununda ana və 2 oğlu bıçaqlanıb.

 

Modern.az-ın məlumatına görə, hadisə rayonun Buzovna qəsəbəsində qeydə alınıb.

 

Yaşadıqları evə bıçaqla hucum edən şəxs 1976-cı il təvəllüdlü Kazımova Gözəl Hüseynağa qızını, oğlanları 29 yaşlı Kazımov İmanxan və 30 yaşlı Kazımov Hüseynağa Valeh oğlunu bıçaqlayıb.

 

Yaralılar kəskin qanaxma ilə təcili tibbi yardımla xəstəxanaya çatdırılıblar. Hər üçünə kəsilmiş-deyilmiş bıçaq yarası diaqnozu qoyulub.

 

Ailə üzvlərinin dediyinə görə, hadisəni Gözəl Kazımovanın qardaşı oğlu törədib.

 

Hadisənin təfərrüatı araşdırılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu