Modern.az

Həmkəndlisinə xəsarət yetirən şəxs tutuldu

Həmkəndlisinə xəsarət yetirən şəxs tutuldu

8 Oktyabr 2023, 00:39

Oktyabrın 7-də axşam saatlarında Sabirabad rayonunun Çöl Dəllək kənd sakini, 1991-ci il təvəllüdlü S.Dəmirovun kəsilmiş-deşilmiş xəsarət alması barədə polisə məlumat daxil olub.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Modern.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən S.Dəmirovun həmkəndlisi, 1979-cu il təvəllüdlü Şükür İbadov saxlanılıb.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu