Modern.az

Bağlı qapı arxasında qalan uşaq xilas edildi

Bağlı qapı arxasında qalan uşaq xilas edildi

Hadisə

12 Oktyabr 2023, 08:38

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Sumqayıt şəhərində 1 nəfər uşağın mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

 

Modern.az FHN-nin saytına istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

 

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində nəzarətsiz qalmış uşağın xilas olunması təmin edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?