Modern.az

İlin sonuncu Günəş tutulması olacaq

İlin sonuncu Günəş tutulması olacaq

Hadisə

14 Oktyabr 2023, 16:52

Oktyabrın 14-də ilin sonuncu Günəş tutulması baş verəcək. Günəş tutulması tam, halqavari, hibrid və qismən tutulmalara ayrılır. Bu tutulma halqavari tutulma olacaq.

 

Bu barədə Modern.az-a Nəsrəddin Tusi Adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

 

Ay Yerdən bir qədər uzaqlaşanda (apogeydə və yaxınlığında) Ayın diski Günəş diskini tam örtə bilmir və bu zaman halqavari tutulma müşahidə olunur.

 

Günəşin Ayın ətrafında “atəş halqası” yaratdığı bu halqavari tutulma ABŞ, Meksika, Mərkəzi Amerika, Kolumbiya və Braziliyadan keçən dar bir zolaqda görünəcəkdir. Venesuela, Ekvador, Boliviya, Paraqvay və Çilidə isə qismən tutulma müşahidə olunacaq. Tutulmanı Azərbaycandan izləmək mümkün olmayacaq.

 

Günəş tutulmasını internet üzərindən canlı izləyə bilərsiniz.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi