Modern.az

İki maşın toqquşdu - Ölən var 

İki maşın toqquşdu - Ölən var 

Hadisə

14 Oktyabr 2023, 23:37

Şəmkirdə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

 

Modern.az xəbər verir ki, Kür qəsəbəsinin yaxınlığında baş verən qəzada hərəkətdə olan "Ford" markalı yük maşını ilə "Lada Priora" markalı minik avtomobili toqquşub.

 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları cəlb olunub.

 

Qəza zamanı bir nəfər hadisə yerində ölüb, xəsarət alanların olduğu bildirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi