Modern.az

Balıq tutmaq istəyərkən suda batdı - Axtarış üçün təyyarə gətirildi

Balıq tutmaq istəyərkən suda batdı - Axtarış üçün təyyarə gətirildi

Hadisə

16 Oktyabr 2023, 13:22

Mingəçevir su anbarında balıq tutmaq üçün qayıqla çıxaraq geri qayıtmayan şəxsin axtarışlarına başlanılıb.

 

FHN-dən Modern.az-a verilən məlumata görə, 11 oktyabr 2023-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə 1972-ci il təvəllüdlü Sərdar Saleh oğlu Bayramovun Mingəçevir şəhəri yaxınlığında Mingəçevir su anbarında balıq tutmaq üçün qayıqla çıxaraq geri qayıtmaması barədə məlumat daxil olub və dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən axtarış işlərinə başlanılıb.

 

Bununla yanaşı, axtarış-xilasetmə zonasının genişləndirilməsi və axtarış işlərinin daha da intensivləşdirilməsi məqsədilə bu gün səhər saatlarından Nazirliyin Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya təyyarəsidə axtarış işlərinə cəlb olunub.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?