Modern.az

Əri tərəfindən öldürülən müğənninin bacısı DANIŞDI

Əri tərəfindən öldürülən müğənninin bacısı DANIŞDI

16 Oktyabr 2023, 19:32

Bu gün müğənni Yaqut Həşimovanın həyat yoldaşı tərəfindən öldürüldüyü barəsində xəbər yayılıb.

 

Modern.az xəbər verir ki, ATV-nin “Bizimləsən” proqramında hadisənin necə baş verməsi barəsində sənətçinin bacısı Şəlalə İsgəndərova ilə əlaqə saxlanılıb.

 

Göz yaşları içərisində danışan Şəlalə çəkilişə gedərkən bu hadisədən xəbərdar olduğunu deyib:

 

“Şah damarına vurub. Başını kəsməyib. Yalan söhbətdir. Morqa aparırıq. Həyat yoldaşı polis tərəfindən saxlanılıb”.

 

O, həmçinin bacısının yoldaşının doğma xalası oğlu olduğunu, son vaxtlar narkotikə qurşandığını bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?