Modern.az

Balıqçı dənizdə boğulub öldü 

Balıqçı dənizdə boğulub öldü 

Hadisə

17 Oktyabr 2023, 21:30

Şabranda iki balıqçı dənizdə boğulmaq təhlükəsi ilə üzləşib.

 

Modern.az xəbər verir ki, onlardan biri xilas ola bilsə də Şabran şəhər sakini 1962-ci il təvəllüdlü Hüseynov Xələf Hüseyn oğlu dənizdə boğulub.

 

Hazırda Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri tərəfindən balıqçının axtarışları davam etdirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza