Modern.az

Hacıqabulda ağır qəza - 3 nəfər yaralandı

Hacıqabulda ağır qəza - 3 nəfər yaralandı

Hadisə

19 Oktyabr 2023, 08:40

Hacıqabulda baş verən yol qəzasında 3 nəfər xəsarət alıb.

 

Modern.az-ın məlumatına görə, hadisə Bakı-Qazax magistralının rayonun Muğan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Belə ki, “Mercedes” markalı avtomobil digər avtomobillə toqquşub. Qəza nəticəsində Hacıqabul rayon sakinləri 1992-ci il təvəllüdlü Məmmədzadə Samir Məmmədhəsən oğlu, 1989-cu iltəvəllüdlü Zülfüqarov Sahil Gülqardaş oğlu və Salyan rayon sakini 1996-cı il təvəllüdlü Dadaşov Ağaqardaş Fərhad oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

 

Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar.

 

Faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?