Modern.az

Lənkəranda balıq tutan şəxsi cərəyan vurub öldürdü

Lənkəranda balıq tutan şəxsi cərəyan vurub öldürdü

20 Oktyabr 2023, 16:00

Yüksək gərginlikli elektrik xətləri altında balıq tutan Lənkəran sakinini cərəyan vurub.

 

Modern.az APA -ya istinadən məlumat verir ki, hadisə Lənkəran rayonunun Göyşaban kəndi ərazisində qeydə alınıb. Şəhər sakini, 1996-cı il təvəllüdlü Fərid adlı şəxs, ərazidən keçən 11 metr hündürlükdə yüksək gərginlikli elektrik cərəyanının altında, Girdəniçayda balıq tutmaq istəyib.

 

Bu zaman onu elektrik cərəyanı vurub və çaya düşüb. O, aldığı xəsarətlərdən ölüb. Hadisə yerinə FHN- nin Sularda Xilasetmə Dövlət Xidmətinin Cənub dalğıc-xilasediciləri cəlb olunub. Meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Faktla bağlı araşdırma aparılır.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?