Modern.az

Toronto-Dehli təyyarəsi təcili Bakıya endi

Toronto-Dehli təyyarəsi təcili Bakıya endi

22 Oktyabr 2023, 17:14

Toronto-Dehli reysini yerinə yetirən “Air Canada” aviaşirkətinə məxsus təyyarənin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.

 

Modern.az xəbər verir ki, buna səbəb təyyarənin sol mühərrikində yağ təzyiqinin aşağı olması olub.

 

“Boeing 777” yerli vaxtla saat 15:58-də Bakı hava limanına uğurla eniş edib. Hava gəmisində 301 sərnişin və 16 ekipaj üzvü olub.

 

Hazırda təyyarəyə baxış keçirilir və hadisənin bütün şərait və səbəblərini müəyyən etmək üçün zəruri tədbirlər kompleksi təşkil edilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?