Modern.az

Qəbələdə 6 nəfərlik ailənin evi yararsız hala düşdü - Çadır quruldu

Qəbələdə 6 nəfərlik ailənin evi yararsız hala düşdü - Çadır quruldu

Hadisə

24 Oktyabr 2023, 17:55

Fövqəladə Hallar Nazirliyinə Qəbələ rayonu, Bum qəsəbə sakini Rəhimov Elçin Umar oğluna məxsus evin yararsız vəziyyətə düşməsi ilə əlaqədar 6 nəfərdən ibarət ailənin yaşayış yerinin olmaması barədə məlumat daxil olub.

 

Modern.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətinin məlumatında deyiilir. Xəbərə görə, bununla əlaqədar FHN-in Şimal-qərb Regional Mərkəzinin əməkdaşları tərəfindən Bum qəsəbə sakini E.Rəhimov üçün müvəqqəti yaşayış məqsədilə çadır ev qurularaq vətəndaşa təhvil verilib.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?