Modern.az

Bakıda yol ayrıcında zəncirvari qəza - Xəsarət alanlar var

Bakıda yol ayrıcında zəncirvari qəza - Xəsarət alanlar var

Hadisə

24 Oktyabr 2023, 23:52

Bakının Yasamal rayonunda yol nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, qəza Abbas Mirzə Şərifzadə ilə Şeyx Məhəmməd Xiyabani küçələrinin kəsişməsində baş verib.

 

İlkin Quliyev idarəetməsində olan “Daewoo” markalı maşınla Abbas Mirzə Şərifzadə küçəsində hərəkətdə olan “Toyota” markalı maşına çırpılıb.

 

Zərbənin gücündən “Daewoo” yol kənarında dayanan “Hyundai” a çırpılıb.

 

Qəza nəticəsində “Toyota”da olan sürücü xəsarət alıb.

 

Hadisə yerinə Yasamal Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

 

Qəza nəticəsində hər üç maşına ziyan dəyib.

 

Faktla bağlı avtotexniki ekspertiza təyin edilib

Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?