Modern.az

Şabranda qəzaya düşən şəxs Bakıda öldü

Şabranda qəzaya düşən şəxs Bakıda öldü

25 Oktyabr 2023, 15:09

Şabranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az-ın məlumatına görə, hadisə Şabran-Güləmli avtomobil yolunda qeydə alınıb.

 

Belə ki, motosiklet sürücüsü, 1981-ci il təvəllüdlü Məmmədov Anar Əli oğlu hərəkətdə olarkən idarəetməni itirib, nəticədə sürücü yolun kənarındakı maneəyə çırpılıb.

 

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə ilkin yardım olunduqdan sonra Bakıdakı xəstəxanaların birinə göndərilib. Həkimlərin səylərinə baxmayaraq A.Məmmədovun həyatını xilas etmək mümkün olmayıb.

 

Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?