Modern.az

Balasanyana cinayət işi açıldı - Silahını təhvil verdi

Balasanyana cinayət işi açıldı - Silahını təhvil verdi

Hadisə

25 Oktyabr 2023, 15:48

Özünü buraxmış qondarma “Artsaxın təhlükəsizlik şurasının keçmiş katibi”, Xocalı qatili Vitali Balasanyan barəsində yeni xəbər var.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Vitali Balasanyan İrəvanda özünü mərkəzi polis idarəsinə təqdim edərək “Makarov” tapançasını təhvil verib.

 

Ermənistan İstintaq Komitəsindən bildirilib ki, bu hadisə ilə bağlı 335-ci maddənin 1-ci hissəsi ilə cinayət işi başlanıb:

 

“Silahların qanuni olması aydınlaşdırılır”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza