Modern.az

İntihar edən qadının əri HƏBS EDİLDİ

İntihar edən qadının əri HƏBS EDİLDİ

Hadisə

27 Oktyabr 2023, 09:38

Şəxsi özünü öldürmə həddinə çatdırmaqda təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

 

Baş Prokurorluğun mətbuat xidmətindən Modern.az-a verilən xəbərə görə, oktyabrın 10-da Neftçala rayon sakini 1976-cı il təvəllüdlü Qızqayıd Xəlilovanın yaşadığı evin həyətində yerləşən metal borudan özünü asaraq intihar etməsi faktı ilə bağlı rayon prokurorluğunda başlanmış cinayət işi üzrə Aydın Xəlilova Cinayət Məcəlləsinin 125 (özünü öldürmə həddinə çatdırma) və 128-ci (qəsdən sağlamlığa yüngül zərərvurma) maddələrilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?