Xəbər verdiyimiz kimi, Sumqayıtda səhər tezdən fərdi yaşayış evinə silahlı basqın olub.
Modern.az xəbər verir ki, hadisə zamanı ölən və yaralananların kimliyi məlum olub.
Corat bağları yaşayış massivində baş verən hadisə zamanı Fərəcov Dağbəyi və onun qızı Karakaş Suzana öldürülüb.
Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasından verilən məlumata görə, klinikaya hadisədən zərər çəkən 4 nəfər xəstə daxil olub: 1958-ci il təvəllüdlü Sarıyev Mehman Mahmud oğlu, 1990–cı il təvəllüdlü Sarıyev Etibar Mahmud oğlu, 1960–cı il təvəllüdlü Fərəcova Tərlan Qulu qızı və Sərkan Karakaş adlı Türkiyə vətəndaşı. Onlara lazımı tibbi yardım göstərilir, vəziyyətləri ağıq olaraq qalır.