Modern.az

Kürdəmirdə ağır qəza - 3 nəfər öldü

Kürdəmirdə ağır qəza - 3 nəfər öldü

Hadisə

29 Oktyabr 2023, 00:08

Oktyabrın 28-də saat 22 radələrində Ağsu-Kürdəmir-İmişli yolunun 33-cü kilometirliyində, Kürdəmir rayonunun Atakişili kəndi ərazisində Əmrahov Fariz Valeh oğlunun idarə etdiyi "Mercedes" markalı avtomobillə Kərimov Sənan Vüqar oğlu oğlunun idarə etdiyi “VAZ-2106” markalı avtomobil toqquşub.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Modern.az-a verilən məlumata görə, hadisə nəticəsində "Mercedes”in sürücüsü F.Əmrahov və "VAZ-2106" markalı nəqliyyat vasitəsində olan sərnişinlər İsmayıl Hamlet Həbib oğlu və Cəbrayılov Zamiq Vaqif oğlu ölüblər.

 

"VAZ-2106"-nın sürücüsü S.Kərimov, eləcə də "Mercedes" markalı nəqliyyat vasitəsində olan sərnişin Əmrahov Ariz Fariz oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

 

Faktla bağlı araşdırmalar aparılır.

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza