Modern.az

Sumqayıtda 15 yaşlı oğlan itkin düşdü

Sumqayıtda 15 yaşlı oğlan itkin düşdü

Hadisə

29 Oktyabr 2023, 09:13

Sumqayıt şəhərində 15 yaşlı yeniyetmə oğlan itkin düşüb.

 

Modern.az xəbər verir ki, hadisə şəhərin Xəzər bağları yaşayış massivində qeydə alınıb.

 

Belə ki, Sumqayıt şəhər sakini, 2008-ci il təvəllüdlü Bayramov Zamiq Zahid oğlu 27 oktyabr tarixində yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

 

Faktla bağlı polisə məlumat verilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?