Gəncədə piyadanın vurulması ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.
Modern.az xəbər verir ki, hadisə şəhərin Əziz Əliyev prospektində qeydə alınıb.
Hərəkətdə olan “Toyota Camry” markalı minik avtomobili yolu qarşı tərəfə keçmək istəyən 2006-cı il təvəllüdlü E. Namazovu vurub. Xəsarət alan piyada xəstəxanaya yerləşdirilib.
Xəstəxanadan bildirilib ki, hazırda E.Namazovun vəziyyəti ağır olaraq qalır.
Faktla bağlı araşdırma aparılır.