Modern.az

Sumqayıtda evə silahlı basqın edən şəxs SAXLANILDI

Sumqayıtda evə silahlı basqın edən şəxs SAXLANILDI

Hadisə

30 Oktyabr 2023, 07:52

Sumqayıtda 2 nəfəri öldürüb, 4 nəfəri yaralayan şəxs saxlanılıb.

 

Modern.az xəbər verir ki, Corat bağları yaşayış massivində cinayət hadisəsini törətməkdə şübhəli bilinən 1987-ci il təvəllüdlü Tağıyev Müşfiq Məhəmməd oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

 

Müşfiq Məmmədovun öldürülən şəxslərlə qonşu olduğu bildirilir.

 

Xatırladaq ki, oktyabrın 28-də saat 05:50 radələrində Sumqayıt şəhərinin Corat bağları yaşayış massivində yerləşən fərdi yaşayış evlərindən birində odlu silahdan açılan atəş nəticəsində 2 nəfər - Susana Karakaş və Dağbəyi Fərəcov ölüb, 4 nəfər isə xəsarət alıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?