Modern.az

Sumqayıtda 2 nəfəri öldürən şəxs məhkum imiş

Sumqayıtda 2 nəfəri öldürən şəxs məhkum imiş

Hadisə

30 Oktyabr 2023, 19:58

Sumqayıtda evə silahlı basqın edərək 2 nəfəri öldürüb, 4 nəfəri yaralamaqda təqsirləndirilən Müşfiq Tağıyevin üzərində məhkumluğu olub.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, 02.06.2023-cü ildə Sumqayıt şəhər məhkəməsinin hökmü ilə İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinə əsasən, Müşfiq Tağıyevə azadlığın məhdudlaşdırılması cəzası verilib və elektron qolbaq tətbiq olunub.

 

Bundan əlavə, Müşfiq Tağıyev 22.07.2022-ci ildə Yaşıldərə bağlar ərazisində qonşusu Əli Məmmədovla su borusu üstündə dava edib və qonşusuna xəsarət yetirib. Faktla bağlı cinayət işi açılıb. O, Sumqayıt şəhər məhkəməsinin müvafiq qərarı ilə 150 manat civarında cərimə olunub. Verilən müddətdə cəriməni ödəmədiyi üçün, yenidən məhkəməyə çağırılaraq 19.10.2023-cü il tarixdə keçirilən açıq iclasda cəzası dəyişdirilərək 160 saat islah işləri ilə əvəz olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?