Modern.az

Meymun üç yaşlı qızı qaçırdı

Meymun üç yaşlı qızı qaçırdı

Hadisə

1 Noyabr 2023, 08:00

Çinin Quijou vilayətində meymun üç yaşlı qızı qaçırıb.

 

Modern.az xəbər verir ki, bu barədə “Asia One” nəşri yazıb.

 

Ötən ay baş verən hadisə zamanı valideynlərinin ağacın altında yalnız qoyduğu qızı meymun qaçırıb. Daha sonra polis yaxınlıqdakı meşədə axtarışlara başlayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları qızı uçurumun yaxınlığında aşkarlayıb.

 

Nəşr bildirir ki, qızın bədənində meymunun barmaq izlərinə bənzəyən bir neçə cızıq olub.

 

Polis açıqlayıb ki, sakinlərin təhlükəsizliyini təmin etmək üçün ərazidə patrul xidməti aparılacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?